Arvadını mərcdə dostuna uduzdu və bir həftəlik... - AĞLASIĞMAZ OLAY
Bizi izləyin

İdman

Arvadını mərcdə dostuna uduzdu və bir həftəlik... - AĞLASIĞMAZ OLAY

"Mançester Siti" azarkeşi olan tanzaniyalı Stenli Amanis arvadını derbi ("Mançester Siti"-"Mançester Yunayted") matçında mərcə qoyub.

Publika.az xəbər verir ki, azarkeş öz həyat yoldaşını "Mançester Siti"in qalibiyyətinə qoyub və oyunu uduzub. Derbinin sonunda o öz arvadını 1 həftə müddətinə digər komandaya azarkeşlik edən dostu Şilla Toniyə verməli olub.

Tərəflərin mərc üçün razılıq mətnində qeyd olunub ki, "Əgər "Mançester Siti" Premyer Liqada İngiltərə çempionu ola bilməsə, arvadımı bir həftəliyinə dostuma verəcəyimə söz verirəm"

Daha sonra qeyd olunan məlumatda tərəflərin heç birinin içkili olmadığı və şəxsi iradələri ilə bu razılığa gəldikləri bildirilib. Bu mərc derbi oyununu kölgədə qoyub.

Xatırladaq ki, söhbət aprel ayının 7-də keçirilən derbi oyunun 30-cu dəqiqəsində "Mançester Siti"nin 2:0 hesabı ilə irəlidə olmasına baxmayaraq matç "Yunayted"in qələbəsi ilə (3:2) sona çatıb.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm