PSJ-də erkən ayrılıq
Bizi izləyin

İdman

PSJ-də erkən ayrılıq

Çempionlar Liqası ilə erkən vidalaşan “Paris Sen-Jermen” gələn mövsümdən etibarən baş məşqçi Unay Emeri ilə yollarını ayıracaq.

Publika.az xəbər verir ki, fransızlar komandanın başına “Borussiya Dortmund”un keçmiş baş məşqçisi Tomas Tuçeli gətirməyi planlaşdırır. “L'Equipe” qəzetinin xəbərinə görə, almaniyalı baş məşqçi ilə ilkin razılıq əldə edilib.

“Arsenal”, “Bavariya” və “Çelsi” başda olmaqla, böyük klubların maraq dairəsində olan Tomas Tuçelin Unay Emeridən fərqli olaraq, komandaya daha çox fayda verəcəyi düşünülür. Rəsmi açıqlamanın mövsümün sonunda veriləcəyi gözlənilir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm