"Qarabağ" “Barselona”ya söz atıb "Roma"nı təbrik etdi
Bizi izləyin

İdman

"Qarabağ" “Barselona”ya söz atıb "Roma"nı təbrik etdi

"Qarabağ" Çempionlar Liqasınının qrup mərhələsində rəqibi olmuş "Roma"nı yarımfinala yüksəlməsi münasibəti ilə təbrik edib.

Publika.az xəbər verir ki, “ağ-qaralar” rəsmi feysbuk hesabından yayımlanan təbrikdə “Barselona”ya söz göndərməyi unutmayıb. "Bizi məğlub etmək "Barselona"nı udmaqdan çətindir. Təbriklər əziz dostumuz, "Roma".

Qeyd edək ki, ilk matçda "Barselona"ya səfərdə 1:4 hesabı ilə uduzan "Roma" cavab qarşılaşmasında 3:0 hesabı ilə qalib gələrək yarımfinala adını yazdırıb. İtalyanlar “Qarabağ”ın qapısına isə səfərdə 2, evdə 1 qol vurmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm