İstanbul nəhənginin prezidenti BAKIYA GƏLİR
Bizi izləyin

İdman

İstanbul nəhənginin prezidenti BAKIYA GƏLİR

“Azərbaycan Beşiktaşlılar Dərnəyi” və “1903 Qara Qartallar Dərnəyi”nin təşkilatçılığı ilə Türkiyənin “Beşiktaş” klubunun prezidenti Fikrət Orman Azərbaycana gələcək.

Publika.az xəbər verir ki, prezident “Beşiktaş” futbol komandasının Azərbaycandakı azarkeşləri ilə görüşəcək.

Tədbirdə idman dünyasının tanınmış simalarının, millət vəkilləri Qənirə Paşayeva, Adil Əliyev və digər rəsmilərin iştirak edəcəyi gözlənilir.

“Azerbeycanlı Beşiktaşlılarla Buluşma Etkinliği” adı altında keçiriləcək tədbir 21 aprel saat 13:30-da, Bakı Tennis Akademiyasında baş tutacaq.

Mərasimə giriş üçün tətrtib edilən biletlər pulsuzdur. Biletləri əldə etmək üçün “Azərbaycan Beşiktaşlılar Dərnəyi”nin ofisinə şəxsiyyət vəsiqəsilə yaxınlaşmaq kifayətdir.

Dərnəyin prezidenti Kadir Özün Publika.az-a verdiyi məlumata görə, 2000 nəfər üçün nəzərdə tutulan biletlərin artıq yarısı satılıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm