Buffonun Çempionlar Liqasında İLK QIRMIZISI
Bizi izləyin

İdman

Buffonun Çempionlar Liqasında İLK QIRMIZISI

İtaliyanın "Yuventus" klubunun qapıçısı Canluici Buffon karyerası ərzində ilk dəfə Çempionlar Liqası matçında qırmızı vərəqə alıb.

"Report" xəbər verir ki, 40 yaşlı qolkiper İspaniya "Real Madrid"i ilə 1/4 final mərhələsinin cavab görüşünün uzatma dəqiqələrində Turin komandasının qapısına təyin olunmuş penaltiyə görə ingiltərəli baş hakim Maykl Oliverlə kəskin mübahisəsi üzündən cəzalandırılıb.

Nəticədə Kriştianu Ronaldu penaltini dəqiq yerinə yetirərək, "Real Madrid"i iki oyunun cəmində 4:3 (3:0, 1:3) hesablı qələbə sayəsində yarımfinala çıxarıb.

Qeyd edək ki, Canluici Buffon indiyədək Çempionlar Liqasında 117 oyun keçirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm