İdman
Bakıda 26-cı Avropa çempionatının açılış mərasimi keçirildi - - FOTOLAR
Bu gün Bakıda batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatının açılış mərasimi keçirilib.
Bu dəfə açılış mərasimində tamaşaçılara əsl amerikan şousu nümayiş etdirilib. Ənənəvi gimnastika alətəri ilə yanaşı, tamaşaçılar səhnədə basketbol halqasını da görüblər. ABŞ-da yaranmış basketbol, məhz gimnastika hərəkətlərini müxtəlifləşdirmək üçün ərsəyə gətirilmişdi. Təsadüfi deyil ki, batut gimnastikasının yaradılması və inkişafı da ABŞ-da baş verib. Tamamilə fərqli idman növlərinin tarixi əlaqələri açılış mərasiminin mərkəzi mövzusuna çevrilib.
Açılış mərasimində digər yenilik ondan ibarətdir ki, müxtəlif gimnastika növləri üzrə komandalarla yanaşı, şouda batut gimnastikası üzrə texniki komitənin üzvləri də iştirak edib.
Avropa çempionatının ən maraqlı personajı isə Qur-qur adlı maskotdur. Şən qurbağa rolunun yerinə yetirilməsi üçün təşkilatçılar çox fikirləşmədən bu sahənin peşəkarlarını dəvət ediblər. Uzun illər maskotları təsvir etmiş və ABŞ-dan gəlmiş Skot Hesinqton və Berri Anderson dörd gün ərzində tamaşaçılar üçün unudulmaz şou təqdim edəcəklər.
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!
-
Hadisə24 Aprel 21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi