"Qalatasaray"a Super kuboku qazandıran əfsanə GERİ DÖNÜR
Bizi izləyin

İdman

"Qalatasaray"a Super kuboku qazandıran əfsanə GERİ DÖNÜR

“Qalatasaray”ın sabiq prezidenti Faruk Sürən yenidən kluba geri qayıtmaq niyyətindədir.

Publika.az xəbər verir ki, F.Sürən may ayında keçiriləcək konqresdə prezidentliyə namizədliyini irəli sürəcək.

Jurnalistlərin məsələ ilə bağlı suallarına cavab verən sabiq prezident “klubu fabrik parametrlərinə geri qaytarmaq lazımdır” sözlərini deyib.

Qeyd edək ki, Faruk Sürən 1996-2001-ci illərdə klubun prezidenti olub. Bu dövrdə “Qalatasaray” UEFA və Super kubuk daxil, 14 kubok qazanıb.

“Qalatasaray”ın hazırkı prezidenti Mustafa Cengizdir. Prezidentliyə namizədliyini irəli sürən də hələ ki, təkcə M.Cengiz olub.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm