Avropa Çempionatında 3-cü günə yekun vuruldu
Bizi izləyin

İdman

Avropa Çempionatında 3-cü günə yekun vuruldu

Bu gün Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası üzrə Avropa Çempionatının üçüncü gününün komanda çıxışları üzrə "böyüklər" kateqoriyasında kişilər və qadınlar arasında qalibləri və mükafatçılarının mükafatlandırma mərasimi keçirilib.

Tamblinq üzrə komanda çıxışlarında qadınlar arasında "qızıl" medalı Böyük Britaniya təmsilçiləri qazanıb. "Gümüş" medala rusiyalı, "bürünc" medala isə fransalı idmançılar layiq görülüblər. Kişilər arasında "qızıl" medala Rusiya, "gümüş" medala Böyük Britaniya, "bürünc" medala isə Danimarka yığmaları layiq görülüblər.

İkili mini-batut üzrə komanda yarışlarında qızlar arasında "qızıl" medala Rusiya yığması, "gümüş" medala Böyük Britaniya yığması, "bürünc" medala isə Portuqaliya yığması layiq görülüblər. Oğlanlar arasında birinci yerə rusiyalı gimnastlar, ikinci yerə portuqaliyalı gimnastlar, üçüncü yerə isə ispaniyalı

Mükafatlandırma mərasimində Avropa Gimnastika İttifaqının (UEG) batut gimnastikası üzrə Texniki Komitəsinin prezidenti Vladimir Zeman, UEG-in prezidenti Fərid Qaibov, UEG-in vitse-prezidenti Rudolf Hediger, UEG-in texniki komitəsinin üzvləri Luiş Nunyes, Patrik Ziqfrid və Konrad Bojakovski, batut üzrə Azərbaycan milli komandasının baş məşqçisi Vladimir Şulikin, UEG-in fəxri prezidenti Jorj Gelzek, UEG-in baş direktoru Liza vortman vəUEG-in idman koordinatoru Linda Davila iştirak ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm