Buffonu meydandan qovan hakim TƏHDİD EDİLDİ
Bizi izləyin

İdman

Buffonu meydandan qovan hakim TƏHDİD EDİLDİ

Çempionlar Liqasının 1/4 final mərhələsində "Real" - "Yuventus" görüşünü idarə etmiş ingiltərəli Maykl Oliver və həyat yoldaşı təhdid edilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, əvvəlcə onun həyat yoldaşı "Tvitter"də təhdid olunub. Naməlum şəxslər qadının "Tvitter"dəki səhifəsinə təhqiramiz ifadələr yazıblar.

Sonra isə cütlüyü tellefonla təhdid etməyə başlayıblar. Polis hadisə ilə bağlı təhqiqata başlayıb.

Qeyd edək ki, Maykl Oliver "Yuventus"un qapıçısı Canluici Buffona Çempionlar Liqası matçında qırmızı vərəqə göstərib. 40 yaşlı qolkiper "Real"i oyunun uzatma dəqiqələrində Turin komandasının qapısına təyin olunmuş penaltiyə görə ingiltərəli baş hakimlə kəskin mübahisəsi üzündən cəzalandırılıb.

Buffon isə öz növbəsində ona qırmızı vərəqə göstərən hakimi zibil vedrəsinə bənzədib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm