Millimizin futbolçusu DİSKOTEKADA YAXALANDI - VİDEO
Bizi izləyin

İdman

Millimizin futbolçusu DİSKOTEKADA YAXALANDI - VİDEO

Kiprin "Anortosis” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Araz Abdullayev diskotekada görüntülənib.

Publika.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Kipr çempionatının XXXII turunda AEK ilə 1:1 hesablı heç-heçədən sonra əylənməyə yollanıb.

Onunla birlikdə komandanın daha 3 futbolçusu – Daniyel Pranyiç, Ruben Rayo və Qordon Şildenfeld olublar. Onların bu davranışı azarkeşlər tərəfindən birmənalı qarşılanmayıb.

Qeyd edək ki, 32 matçda 65 xal toplayan "Anortosis” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. (Sportnet.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm