PSJ və "Arsenal"dan türk klubuna böyük təklif
Bizi izləyin

İdman

PSJ və "Arsenal"dan türk klubuna böyük təklif

“Beşiktaş” klubu Fransanın PSJ və İngiltərənin “Aresnal” klubu ilə birgə təlim-məşq toplanışına qatılacaq.

Publika.az xəbər verir ki, klubun bu mövsüm Çemopionlar Liqasında sərgilədiyi performans Avropa nəhənglərinin diqqətini çəkib və onlar növbəti mövsümün əvvəlində Sinqapurda təşkil ediləcək turnirə “Beşiktaş”la birgə qatılmaq istədiklərini bildirib.

Turniri təşkil edən şirkət də kluba bununla bağlı dəvət göndərib. Klubun prezidenti Fikrət Orman dəvəti qəbul edib. Beləliklə, “Beşiktaş” bu mövsümdə Super Liqanın qalibi olarsa, Sinqapur turnirinə PSJ və “Arsenal”la birgə qatılacaq. Çempion olmadığı təqdirdə isə, turnirə qatılma tarixində müəyyən problemlərlə üzləşəcək.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm