Azərbaycanlı idmançı rəqibini xəstəxanalıq etdi
Bizi izləyin

İdman

Azərbaycanlı idmançı rəqibini xəstəxanalıq etdi

WBO və WBCA versiyaları üzrə dünən Almaniyada yerli idmançı Mattihas Pelklə Fariz Məmmədov arasındakı döyüş başa çatan kimi boksçumuzun rəqibi xəstəxanaya aparılıb.

WBO və WBCA versiyaları üzrə dünən Almaniyada yerli idmançı Mattihas Pelklə Fariz Məmmədov arasındakı döyüş başa çatan kimi boksçumuzun rəqibi xəstəxanaya aparılıb.

12 raundluq bu döyüşün beşinci raundu başlamağa az qalmış Mattihas Pelk hakimlərə döyüşü davam etdirə bilməyəcəyini deyib. Bundan sonra F.Məmmədovun texniki nokautla qalib gəldiyi elan olunub.

Rinqi tərk etdikdən sonra isə M.Pelk təcili yardım maşını ilə xəstəxanaya aparılıb. F.Məmmədovun qüvvətli zərbələrindən sonra onun çiyninin qırıldığı müəyyənləşib.

Xatırladaq ki, F.Məmmədov dünənki qələbə sayəsində karyerasında ilk dəfə peşəkar boks üzrə Avropa çempionu olub. Onun təcrübəli rəqibi olan və buna qədər keçirdiyi 22 döyüşün hamısında qalib gələn M.Pelk isə ilk dəfə məğlubiyyətə uğrayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm