• USD 1,7000 0,00% EUR 1,9961 +0,31%
    • GBP 2,3335 +0,63% RUB 0,0234 +0,43%

İstanbul derbisinin pərdəarxası: 15 azarkeş tutuldu, Ərdoğan zəng etdi

  • İdman
  • 20 Aprel 2018 10:36
  • 637 Baxış
İstanbul derbisinin pərdəarxası: 15 azarkeş tutuldu, Ərdoğan zəng etdi

Türkiyə kuboku yarımfinal revanş matçı çərçivəsində “Şükrü Saraçoğlu” stadionunda baş tutan “Fənərbaxça” - “Beşiktaş” qarşılaşmasında yaşanan gərginlik nəticəsində 15 nəfər həbs edilib.

Publika.az xəbər verir ki, matçın 57-ci dəqiqəsində tribunadan yaşıl meydançaya doğru atılan yad cisim “Beşiktaş”ın baş məşqçisi Şenol Günəşə dəyib və başını ciddi şəkildə yaralayıb.

Baş məşqçi xəstəxanaya aparılarkən polis aralarında baş məşqçini yaralayanın da olduğu qarşıdurma yaradan 15 “fənər” azarkeşini həbs edib.

Gərginliyin pik həddə çatdığı məqamda kameraların diqqətini “Fənərbaxça” komandasının futbolçusu Hasan Ali Kaldırım çəkib. Matç tətil edilən əsnada futbolçunun rahat şəkildə banan yeməsi hər kəsi təəccüb içində qoyub.

Hətta Şenol Güneş yaralandığı zaman yerə yıxılıb başını tutarkən rəqib komandanın baş məşqçisi Aykut Kocaman futbolçularını bir araya toplayaraq oyun taktikası ilə bağlı tapşırıqlar verib. Bütün bu hadisələr canlı yayım edən kanalların ekranlarında əks olunub.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ş.Güneşə zəng edərək baş verənlərə görə kədərləndiyini deyib.

Meydana atılan yad cisimlər və qarşıdurmalar nəticəsində yarımçıq dayandırılan matça görə Türkiyə Futbol Federasiyası “Fənərbaxça”ya ağır cəza verəcək.

Xəbərə görə, “Fənərbaxça” 4 matç tamaşaçısız oynamaq və texniki məğlubiyyət cəzası ala bilər. Qeyd edək ki, 2016-cı ildə keçirilən “Trabzonspor” – “Fənərbaxça” matçında çıxan gərginlik səbəbilə ev sahibinə 4 matç tamaşaçısız oynamaq cəzası verilmiş, “Fənərbaxça” isə texniki qalib sayılmışdı.

Xatırladaq ki, komandalar arasında keçirilən ilk matç 2:2 hesabı ilə başa çatmışdı.

Zümrüd

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR