• USD 1,7000 0,00% EUR 1,9900 -0,11%
    • GBP 2,3187 -0,06% RUB 0,0233 0,00%

Şəhriyar Məmmədyarov: Sergey Karyakin bütün sirrlərimi bilmir

  • İdman
  • 22 Aprel 2018 19:16
  • 515 Baxış
Şəhriyar Məmmədyarov: Sergey Karyakin bütün sirrlərimi bilmir

Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess-2018” superturnirinin III turunda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rusiya təmsilçisi Sergey Karyakinlə heç-heçə oynayıb.

Publika.az xəbər verir ki, Sergey Karyakin oyunda üstünlük qazanmağın mümkün olmadığını deyib: “Şəhriyarla bir-birimizi çox yaxşı tanıyırıq. Artıq edəcəyi gedişi təxmin edə bilirəm. Ona görə səhvlər olmadı. Sürpriz gözlənilmirdi. Əslində qələbə qazanmağı çox istəyirdim. Sadəcə Şəhriyar buna imkan vermədi”.

Sergey Karyakin bildirib ki, Şəhriyar həm də dostumdur. Dünya çempionluğu uğrunda görüşlərdə köməyini hiss etmişəm. Biz şahmat oynamışıq, gedişləri müzakirə etmişik.

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov da Sergey Karyakinlə oyunda nəticənin partiyaya uyğun olduğunu deyib: “Bu dəfə heç-heçələr çoxluq təşkil edir. Lakin şahmatda belə hallara təsadüf olunur. Təəccüblənmək lazım deyil. Karyakinə qarşı ciddi hazırlaşmışdım. Sadəcə üstünlük qazanmağa imkan olmadı. Bir sıra variantlar üzərində düşündüm, vəziyyətdən çıxış yolu görmədim. Bir-birimizi yaxşı tanıyırıq. Amma o, bütün sirrlərimi bilmir”.

Şəhriyar Məmmədyarov “Shamkir Chess-2018” superturnirində heç-heçələrin çoxluq təşkil etməsini belə şərh edib: “2007-ci ildə Bolqarıstanda turnirdə iştirak edirdim. Çoxlu sayda heç-heçələr qeydə alınmışdı. Təsəvvür edin son turda axırıncı yerdəki şahmatçı liderdən yarım xal geri qalırdı. Yəni lider uduzsa, autsayder qələbə qazanmaqla yarışın qalibi olurdu. Fikrimcə Şəmkirdəki partiyalar maraqlıdır. Sadəcə məhsuldar alınmır. Amma növbəti oyunlarda qələbə və məğlubiyyətlər də olacaq”.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR