İdman
"Qarabağ" ardıcıl 5-ci dəfə Azərbaycan çempionu oldu
"Qarabağ" Azərbaycan Premyer Liqasında vaxtından əvvəl çempionluğunu rəsmiləşdirib.
Publika.az xəbər verir ki, Ağdam təmsilçisi buna 24-cü turda "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub etməklə nail olub.
Səfərdə Dani Kintananın 34-cü dəqiqədə cərimə zərbəsindən vurduğu qolla qalib gələn Qurban Qurbanovun komandası xallarını 59-a yüksəldib. Bununla da "Qarabağ" mövsümün başa çatmasına 4 tur qalmış 42 xalla 2-ci pillədə qərarlaşan "Qəbələ" üçün əlçatmaz olub.
Bu, Ağdam komandasının ardıcıl 5-ci, ümumilikdə isə 6-cı çempionluğu kimi tarixə düşüb.
Eyni saatda start götürən "Neftçi" - "Qəbələ" görüşündə isə meydan sahibləri qalib gəlib. Ruslan Abışovun 4-cü dəqiqədə vurduğu qolla Azərbaycan Kubokunun yarımfinalında uduzduğu rəqibini üstələyən "ağ-qaralar" xallarını 37-yə çatdırıblar və "Zirə"ni keçərək, 4-cü pilləyə yüksəliblər.
İlk oyun günündə "Keşlə" "Zirə"ni 2:1 hesabı ilə məğlub edib. Bu gün baş tutmuş "Səbail" - "Kəpəz" qarşılaşmasında isə qalib müəyyənləşməyib.
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO