Salah ilin futbolçusu oldu
Bizi izləyin

İdman

Salah ilin futbolçusu oldu

"Liverpul" klubunun yarımmüdafiəçisi Məhəmməd Salah İngiltərə Peşəkar Futbolçular Assosiasiyasının (PFA) versiyası üzrə Premyer Liqada cari mövsümün yekunu üzrə ən yaxşı oyunçu seçilib.

“Report” xəbər verir ki, misirli futbolçu cari turnirdə 33 oyunda 31 qol vurub və 9 məhsuldar ötürmə edib.

Fəxri mükafata Kevin De Bröyne ("Mançester Siti"), David de Xea ("Mançester Yunayted"), Harri Keyn ("Tottenhem Hotspur"), Leroy Sane ("Mançester Siti") və David Silva ("Mançester Siti") də iddia edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm