Məhəmməd Salah qol vurmağı bu futbolçulardan öyrənib - Keçmiş klubu açıqladı
Bizi izləyin

İdman

Məhəmməd Salah qol vurmağı bu futbolçulardan öyrənib - Keçmiş klubu açıqladı

Çempionlar Liqasının yarımfinalında “Roma”nın qapısına vurduğu iki qol və etdiyi iki məhsuldar ötürmə ilə ulduzlaşan Məhəmməd Salah dünya gündəminə oturub. Xüsusilə, İspaniya Salahın bu performansını manşet edib.

“Xetafe” klubu Premyer Liqada və Çempionlar Liqasında vurduğu qollarla “Liverpul”a böyük uğurlar qazandıran Məhəmməd Salahla bağlı maraqlı iddia ortaya atıb.

Publika.az xəbər verir ki, klub misirli ulduzun qol vurmağı Roberto Soldadodan öyrəndiyini iddia edib.

Ulduz futbolçunun ispan dilində yazılan vikipediya səhifəsində karyerasının 2009-2012 illərini “Xetafe” klubunda keçirdiyi qeyd edilib. İspaniyanın “Diario SPORT” saytı Avropada “Bazel”, “Çelsi”, “Fiorentina”, “Roma” və “Liverpul”da oynayan Salah haqqında məqalə yayımlayıb və “Salah İspaniyada nə etdi?” ifadələrini yazıb. “Xetafe” klubu isə qısa müddət sonra cavab verib və “ortada sirli bir durum yoxdur, Sport. Məhəmməd Salah 3 ildə Soldadodan və Pedro Leondan qol vurmağı öyərnib”.

Qeyd edək ki, Roberto Soldado hazırda “Fənərbaxça”da, Leon isə “Eybar”da forma geyinir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm