İdman
“Beşiktaş”dan ŞOK BƏYANAT - Oyuna çıxmayacaq!
Türkiyə çempionu “Beşiktaş” ölkə kubokunun yarımfinal mərhələsi çərçivəsində keçirilən və başa çatmayan “Fənərbaxça” ilə cavab qarşılaşmasına dair yekun qərarını açıqlayıb.
Publika.az xəbər verir ki, ötən gün Türkiyə Futbol Federasiyasının çıxardığı qərara əsasən, İstanbul derbisi təxirə salındığı 57-ci dəqiqədən etibarən, azarkeşsiz davam etdirilməli idi. Qarşılaşma mayın 3-də davam etdiriləcəkdi.
Lakin bir neçə saat öncə “Beşiktaş” gözlənilməz bəyanat yayıb. Bəyanatda son ölkə çempionunun həmin oyunu davam etdirməkdən imtina etdiyi açıqlanıb.
Xatırladaq ki, oyunun 57-ci dəqiqəsində, hesab 0:0 olarkən meydan sahiblərinin azarkeşlərinin meydançaya çoxlu yad əşya atması səbəbindən baş hakim Mete Kalkavan qarşılaşmanı təxirə salmışdı. Hadisələrin kluminasiya nöqtəsi isə qonaq komandanın baş məşqçisi Şenol Günəşin başının yarılması və ona beş tikiş atılması olmuşdu.
Bu komandalar arasındakı ilk qarşılaşmada 2:2 hesabı qeydə alınmışdı. “Beşiktaş”ın yarıda qalan oyunu davam etdirməmək qərarı almasından sonra böyük ehtimalla TFF bu kluba 0:3 hesablı texniki məğlubiyyət verəcək və “Fənərbaxça” finala vəsiqə qazanacaq.
-
MDB23:12
Rusiya müdafiə nazirinin müavini SAXLANILDI
-
İdman22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir
-
Dünya21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO
-
Sosial21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı