• USD 1,7000 0,00% EUR 1,9961 0,00%
    • GBP 2,3335 0,00% RUB 0,0234 0,00%

"Fənərbaxça" ilə matçı protest edən "Beşiktaş"a ağır cəzalar veriləcək

"Fənərbaxça" ilə matçı protest edən "Beşiktaş"a ağır cəzalar veriləcək

Türkiyə Futbol Federasiyası tərəfindən verilən oyunun qaldığı yerdən davam etdirilməsi qərarını protest edərək “Fənərbaxça” ilə Türkiyə Kubokunun yarımfinal mərhələsi çərçivəsində keçiriləcək cavab matçına çıxmamaq qərarı verən “Beşiktaş” bəzi sanksiyalarla qarşı qarşıya qalacaq.

Publika.az xəbər verir ki, klub Türkiyə Ftubol Federasiyası tərəfindən bir neçə cəza alacaq.

* “Beşiktaş”ın matça çıxmayacağı təqdirdə “Fənərbaxça” texniki qalib sayılacaq.

* “Beşiktaş” gələn mövsüm Türkiyə Kubokuna qatıla bilməyəcək.

* “Beşiktaş” Türkiyə Kuboku çərçivəsində bu mövsüm əldə etdiyi bütün gəlirləri geri qaytarmaq məcburiyyətində qalacaq.

Qeyd edək ki, Türkiyə Kubokunun yarımfinal mərhələsində keçirilən cavab matçında tribunada baş verən hadisələr səbəbilə oyun 57-ci dəqiqədən etibarən dayandırılmış və “Beşiktaş” oyunçuları meydanı tərk etmişdi.

Zümrüd

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR