Məhəmməd Salah yenə ən yaxşı oldu - Bu dəfə Çempionlar Liqasında
Bizi izləyin

İdman

Məhəmməd Salah yenə ən yaxşı oldu - Bu dəfə Çempionlar Liqasında

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Publika.az xəbər verir ki, UEFA-nın rəsmi saytında keçirilən sorğuya əsasən, İngiltərənin "Liverpul" klubunun yarımmüdafiəçisi Məhəmməd Salah həftənin ən yaxşı oyunçusu adına layiq görülüb.

Misirli ulduz 92% səs toplayıb. Salahın yarışda yeganə rəqibi İspaniyanın "Real Madrid" komandasının müdafiəçisi Marselo isə 8% səs toplayıb.

Qeyd edək ki, Məhəmməd Salah Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk görüşündə İtaliyanın "Roma" komandasının qapısına 2 qol vurmuş və 2 məhsuldar ötürmə ilə yadda qalmışdı.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm