28 yaşlı futbolçu ABŞ-ın Harvard Universitetinə transfer olundu
Bizi izləyin

İdman

28 yaşlı futbolçu ABŞ-ın Harvard Universitetinə transfer olundu

"Borussiya Dortmund"un türkiyəli futbolçusu Nuri Şahin ABŞ-ın məşhur Harvard Universitetinə qəbul olub.

Publika.az xəbər verir ki, bu barədə futbolçu özü şəxsi instaqram hesabından məlumat yayıb.

"Öyrənmək və özünü inkişaf etdirməyin yaşı, yeri, vaxtı yoxdur. Harvarddan qəbul məktubum gəldi. Orada alacağam təhsil üçün çox həyəcanlıyam, əfsanəvi professor Anita Elberse ilə tanış olacağım üçün də"-, 28 yaşlı futbolçu qeyd edib.

Qeyd edək ki, Nuri Şahin Türkiyə millisindəki karyerasını ötən il başa vurub. O, 2012-ci ildən Dortmund klubunda çıxış edir.

O, bu həftə Bundesliqa çərçivəsində "Hertha Berlin"ə qarşı keçirilən oyunda sərgilədiyi performansla Almaniyada həftənin oyunçusu seçilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm