Tramp BMT-yə üzv ölkələri təhdid etdi
Bizi izləyin

İdman

Tramp BMT-yə üzv ölkələri təhdid etdi

ABŞ prezidenti Donald Tramp ölkəsinin 2026 Dünya Çempionatına namizəd olmasını dəstəkləməyən ölkələri təhdid edib.

Publika.az xəbər verir ki, Tramp bu barədə tvitter hesabından açıqlama verib.

“Kanada və Meksika ilə birlikdə güclü bir namizədlik irəli sürdük. Hər zaman dəstəklədiyimiz ölkələrin bizim namizədliyimizə qarşı lobbi fəaliyyətinə davam etmələri utancvericidir”-, Tramp bildirib.

ABŞ prezidenti sözügedən ölkələr arasında BMT-nin bəzi üzvlərinin də olduğunu vurğulayaraq, “onlar bizi dəstəkləməzkən biz onları niyə dəstəkləmək məcburiyyətində qalaq ki?” yazıb.

Qeyd edək ki, 2026 Dünya Çempionatına ev sahibliyi edəcək ölkənin adı FİFA-nın 13 iyunda keçiriləcək konqresində məlum olacaq. Ev sahibliyi üçün namizədliyini verən bir digər ölkə isə Mərakeşdir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm