“Keşlə” Neftçi”ni məğlub etdi - - VİDEO
Bizi izləyin

İdman

“Keşlə” Neftçi”ni məğlub etdi - - VİDEO

Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində “Keşlə” klubu “Neftçi”ni 2:1 hesabı ilə məğlub edib.

Publika.az xəbər verir ki, baş hakim Rəhim Həsənovun idarə etdiyi oyunda hesabı meydan sahibləri açıblar. Matçın 21-ci dəqiqəsində Vaqif Cavadov fərqlənib – 1:0. Birinci hissənin əsas vaxtının başa çatmasına üç dəqiqə qalmış “Neftçi” klubu hesabı bərabərləşdirib. Namiq Ələsgərov adını tabloya yazdırıb – 1:1. İlk hissə bu hesabla başa çatıb.

Fasilədən sonra irəli atılan meydan sahibləri 68-ci dəqiqədə Adrian Skarlatakenin qolu ilə istəklərinə çatıblar – 2:1.

Bu qələbədən sonra “Keşlə” 24 xalla turnir cədvəlində altıncı, “Neftçi” isə 37 xalla dördüncü pillədə qərarlaşıblar.

Tura bu gün keçiriləcək “Qəbələ”-“Kəpəz” və aprelin 29-da oynanılacaq “Sumqayıt”-“Səbail” oyunları ilə yekun vurulacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm