"Real"dan minimal hesablı qələbə - - VİDEO
Bizi izləyin

İdman

"Real"dan minimal hesablı qələbə - - VİDEO

İspaniya La Liqasının 34-cü turunda "Real" öz meydanında "Leganes"ı qəbul edib.

Publika.az xəbər verir ki, oyun "Real"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmada hesabı matçın 8-ci dəqiqəsində Madrid klubunun hücumçusu Qaret Beyl açıb. Bu, onun cari çempionatda vurduğu 12-ci qolu olub. Birinci hissəyə əlavə olunmuş dəqiqələrdə meydan sahibləri hesab arasındakı fərqi iki topa çatdırıblar. Bu dəfə B.Mayoral fərqlənib.

Fasilədən sonra hücuma atılan "Leganes" rəqibin qapısı qarşısında bir neçə dəfə təhlükəli vəziyyət yaradıb. Nəhayət, matçın 66-cı dəqiqəsində Amrabatın cinah ötürməsindən sonra Darko Brasanaç topu "Real"ın qapısından keçirib: 2:1. Bu, oyunda vurulan son qol olub.

Bu qələbə sayəsində xallarının sayını 71-ə çatdıran madridlilər üçüncü pillədə yerini möhkəmlədib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm