Onlarla xristianı müsəlman edən Salah bu il oruc tutmayacaq
Bizi izləyin

İdman

Onlarla xristianı müsəlman edən Salah bu il oruc tutmayacaq

Getdiyi hər yerdə “Quran” kitabını yanından ayırmayan, İngiltərədə onlarla insanın İslamı qəbul etməsinə səbəb olan misirli futbolçu Məhəmməd Salah bu il Ramazan ayında oruc tutmayacaq.

Publika.az xəbər verir ki, Misirin baş müftisi Şeyx Allam futbol üzrə milli komandanın üzvlərinə dünya çempionatının final mərhələsinə hazırlıq zamanı orucu ertələməyə icazə verib.

Dünya çempionatı iyunun 15-dən iyulun 14-dək Rusiyada keçiriləcək. Misir hazırda İngiltərənin “Liverpul” komandasında oynayan Muhəmməd Salah və onun milli komandadakı yoldaşlarına böyük ümidlər bəsləyir. Muhəmməd Salahı artıq Messi, Ronaldo kimi superulduzlarla müqayisə etməyə başlayıblar.

Ramazan ayı mayın 15-də başlayıb iyunun 14-ə qədər davam edəcək. Əgər “Liverpul” Çempionlar Liqasının finalına çıxsa, komandanın 3 müsəlman futbolçusu - Muhəmməd Salah, Sadio Mane və Emre Can dilemma qarşısında qalacaqlar. Final mayın 26-da Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək. Müsəlman futbolçular final ərəfəsində oruc tutsalar, bu, onların performansına təsir edə bilər.

Salah 2014-cü ildə İngiltərənin “Çelsi” komandasında çıxış edərkən etiraf etmişdi ki, orucla mövsümqabağı hazırlığı uzlaşdırmaq çətindir:

“Sən gündə iki dəfə məşq edirsənsə, ikinci məşq ərəfəsində enerjin çox azalır. Amma oruc mənim üçün xüsusi əhəmiyyətə malikdir. Özümü yaxşı hiss edirəm”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm