"Sumqayıt"a ağır zərbə - - VİDEO
Bizi izləyin

İdman

"Sumqayıt"a ağır zərbə - - VİDEO

Azərbaycan Premyer Liqasında 25-ci tura yekun vurulub.

Publika.az xəbər verir ki, "Kapital Bank Arena"da "Sumqayıt" və"Səbail" komandaları qarşılaşıb. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da xallarını 23-ə çatdıran "Səbail" 7-ci pillədə qalsa da, 13 xalla sonuncu pillədəki "Kəpəz"in I Diviziona enişini rəsmiləşdirib. "Sumqayıt" isə "Neftçi" və "Zirə"nin məğlubiyyətlərindən yararlana bilməyib. Hazırda bu komanda 39 xalla 3-cü pillədə olsa da, mövqeyini itirmə təhlükəsi ilə üz-üzədir.

Qeyd edək ki, turun ilk 2 oyun günündə hər 3 qarşılaşmaşda 3 qol vurulub. "Qarabağ" səfərdə "Zirə"yə, "Keşlə" evdə "Neftçi"yə 2:1, "Qəbələ" isə doğma meydanda "Kəpəz"ə 3:0 hesabı ilə qalib gəlib.

Azərbaycan Premyer Liqası, 25-ci tur

29 aprel

19:00 Sumqayıt – Səbail 1:2

Qollar: Amil Yunanov, 76 - Faruk Miya, 30. Aqşin Qurbanlı, 38.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm