Türklərin Ronaldosu prezidentə görə klubunu dəyişir
Bizi izləyin

İdman

Türklərin Ronaldosu prezidentə görə klubunu dəyişir

Türkiyənin “Trabzonspor” klubunda prezident dəyişikliyi futbolçularda tərəddüd doğurub.

Publika.az xəbər verir ki, bir neçə futbolçu komandasını dəyişməyi planlaşdırır.

Siyahıya isə hələ mövsümün ortasında komandasını dəyişmək istədiyini deyən Burak Yılmaz başçılıq edir. 32 yaşlı təcrübəli futbolçunun adı “Beşiktaş”la birgə çəkilirdi. Klubun prezidenti dəyişdikdən sonra bu iddia daha da güclənib. Mövsümün sonunda tərəflər arasında 90% müqavilə imzalanacağı bildirilir. Hazırda “Beşiktaş”a kapitanlıq edən Şenol Güneşin də hələ “Trabzonspor”da baş məşqçi ikən Burak Yılmazı çox bəyəndiyi bildirilirdi.

Xəbəri eşidən “trabzonlular” klubun ictimaiyyətlə əlaqələr bölməsinə hücum çəkib, Burakın komandada qalması üçün əllərindən gələni etməyi tələb ediblər. "Trabzonspor"lular Burak Yılmazı özlərinin Ronaldosu adlandırırlar. Məlumat üçün qeyd edək ki, Ronaldo bu mövsüm La Liqada 24, Burak Yılmaz isə Super Liqada 23 qol vurub.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm