Messi: "Bu məni Çempionlar Liqasından ələnməyimiz qədər üzdü"
Bizi izləyin

İdman

Messi: "Bu məni Çempionlar Liqasından ələnməyimiz qədər üzdü"

“Barselona”nın forvardı Lionel Messi komanda yoldaşı Andreas İnyestanın Çinə transfer olması ilə bağlı fikirlərini bölüşüb.

Publika.az xəbər verir ki, Messi İnyestaya görə üzgün olduğunu bildirib:

“Onun adına üzülürəm. Ona görə ki, İnyesta öz razılığı ilə “Barselona”nı tərk edir. Xavi və Maskeranodan sonra ayrılıq növbəsi İnyestaya çatdı. Bu məni Çempionlar Liqasında oynamamağımız qədər üzür. Ancaq düşünürəm ki, İnyesta hələ də formasındadır, parlaqdır. O, yeni klubunun verdiyi dəyərə layiqdir. Ona ən yaxşı arzularımızı diləyirik”.

Qeyd edək ki, İnyesta 2001-ci ildən "Barselona"da çxıış edirdi. O, karyerasını Çinin “Çuntsin Lifan” komandasında davam etdirəcək.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm