Türkiyədə daha bir komanda matçı protest etdi: "Beşiktaş"la görüşə çıxmayacaq
Bizi izləyin

İdman

Türkiyədə daha bir komanda matçı protest etdi: "Beşiktaş"la görüşə çıxmayacaq

Türkiyə Superliqasında gərginlik davam edir.

Publika.az xəbər verir ki, “Kayserispor” liqanın 32-ci həftəsi çərçivəsində “Beşiktaş”la keçirəcəyi oyuna çıxmamaq qərarı verib.

Belə ki, Türkiyə Futbol Federasiyasının “Türkiyə Kuboku" çərçivəsində keçirilən və yarımçıq qalan “Fənərbaxça” – “Beşiktaş” matçının ardından ələnən komanda bazar ertəsi günü Superliqadakı oyununu keçirə bilər” qərarını verib. “Kayserispor” da bu qərara etiraz olaraq matçın təxirə salınacağı təqdirdə protesto edəcəyini bildirib. Klub bildirib ki, matçı təxirə salmaq onların komandasına mənfi təsir göstərə bilər.

Qeyd edək ki, “Beşiktaş” – “Kayserispor” matçı 6 may, “Fənərbaxça” – “Beşiktaş” matçı isə 3 may tarixinə salınıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm