Çempionlar Liqasının 12 qollu, geridönüşlü, son dəqiqə məğlubiyyətli, ən unudulmaz matçları - - FOTOLAR
Bizi izləyin

İdman

Çempionlar Liqasının 12 qollu, geridönüşlü, son dəqiqə məğlubiyyətli, ən unudulmaz matçları - - FOTOLAR

Çempionlar Liqasının tarixi unudulmaz anlarla doludur. Geri qayıdışlar, acı xatirələr, qollar...

Publika.az xəbər verir ki, turnirin builki finalçıları da səs-küylü şəkildə oyunları ilə xeyli diqqət çəkdi.

“Liverpul” – “Real” ilə 26 mayda Ukraynanın Kiyev şəhərindəki final qarşılaşmasında Avropanın 1 nömərli kuboku üçün mübarizə aparacaq.

Lakin əvvəlki illərdə yaddaqalan finallar, geridönüşlər, son dəqiqə qolları ilə gələn kuboklar hələ də unudulmur.

Çempionlar Liqasının ən unudulmaz matçlarını təqdim edirik:

Mançester Yunayted 4-3 Real Madrid (2002-2003)

Matç nəticəsindən çox xeyli ulduz futbolçunun bir meydanda oynaması ilə yadda qalıb. Ronaldo 3 qolu ilə inanılmaz bir performans göstərib, onun indiki komandası “Real” isə meydandan məğlub ayrılıb.

Milan 3-3 Liverpul (2004 - 2005)

Gəlmiş-keçmiş ən yaxşı Çempionlar Liqası matçı adına ən real namizəd məhz bu matçdır. İstanbulda “Atatürk” stadionunda baş tutan matç 90 dəqiqə 3-3 hesabı ilə bitib. “Luverpul” yalnız penaltilər seriyasında önə keçə bilib və kuboku evinə aparıb.

Real Madrid 2-2 Bavariya (2017-2018)

Çempionlar Liqası yarımfinal matçında qarşılaşan bu nəhənglərin görüşü daha çox hakim səhvi ilə yadda qalıb. Lakin ilk görüşdə meydandan 2:1 hesablı üstünlüklə ayrılan “Real” və 3 mövsüm ardıcıl olaraq adını finala yazdırıb.

Roma 4-2 Liverpul (2017-2018)

“Liverpul” 11 ildən sonra bu matç sayəsində Çempionlar Liqasının finalına yüksəlib. İlk matçını 5:2 hesabı ilə qazanan ingiltərəlilər finalda “Real”ın rəqibi olub.

Mançester Yunayted 0-1 Fənərbaxça (1996-1997)

Old Trafford” stadionunda keçirilən matçda 40 ildir Avropada yaşamadıqları duyğuları yaşayan azarkeşlər cəmi bir qolla şok olub. Bosniya və hersoqovinalı hücumçu Boliç qapıçı Şimiçeli aldadıb və “Fənərbaxça” 40 ildir evində məğlub olmayan “MY”ni cəmi bir qolla məğlub edib.

Deportivo 4-3 PSJ (2000-2001)

Möhtəşəm geridönüşlərlə yadda qalan bu matçda PSJ 3, 4 və 5-ci dəqiqələrdə rəqib qapısına yol tapıb. Lakin daha sonra 30 dəqiqə içində 4 qol yeyib və meydandan məğlub kimi uzaqlaşıb.

Mançester Yunayted 2-1 Bavariya (1998-1999)

Matçın 6-cı dəqiqəsində yeganə qolunu vuran "Bavariya" son anlara qədər üstünlüyünü qoruyub. Ancaq 67-ci dəqiqədə oyuna girən Teddi Şerinqam 90+1-ci dəqiqədə hesabı 1-1 edib. Solskjaer isə 1 dəqiqə sonra komandasını irəli keçirib və finalda “qırmızı şeytanlar” qalib gəlib.

Çelsi 4-2 Barselona (2004 - 2005)

Mourinyo – Barselona rəqabətinin başladığı matç kimi yadda qalan oyunda Ronaldinyonun vurduğu qol və Karvalhonun çarəsizliyi xatirələrdəki yerini qorumaqdadır.

Roma 3-0 Barselona (2017-2018)

Çempionlar Liqasının ¼ finalında 4-1 hesabı ilə məğlub olduğu “Barselona”nı revanşda 3-0 məğlub edən “Roma” rəqibini turnirdən uzaqlaşdırıb və adını yarımfinala yazdırıb. Matç “Roma”lı futbolçuların sevinci və klubun prezidentinin özünü fəvvarəyə atması ilə daha çox yadda qalıb.

Qalatasaray 3-2 Real Madrid (2000-2001)

Yarımfinalda “Real” “Ali Sami Yen” stadionunda keçirilən matçda ilk hissəni rahatlıqla oynayıb. Soyunma otağına 2-0 öndə gedən madridlilər daha sonra 45 dəqiqədə vurulan 3 qolla şoka düşüb.

Yuventus 2-3 Mançester Yunayted (1998-1999)

“Yuventus” qarşısında matçın bitməsinə 11 dəqiqə qala 2-0 hesabı ilə məğlub olan “Mançester Yunayted”in şansı heç qalmamış kimi görünürdü. Ancaq Roy Keane, Yorke və 83-cü dəqiqədə meydana çıxan Kolun qolları ilə ingilislər 3-2 hesabı ilə önə keçib və qalib olub.

Monako 8-3 Deportivo (2003-2004)

Çempionlar Liqası tarixinin ən qollu matçlarından biri kimi tarixə keçən bu oyunda tamaşaçılar 11 qola şahid olub.

Beşiktaş 3-3 Benfika (2016-2017)

İlk hissədə Benfika 3-0 keçsə də, ikinci hissədə bambaşqa bir “Beşiktaş” səhnəyə çıxıb. Tarixi bir geridönüş edən türklər 3-3 hesablı nəticə əldə edib. Oyunda Cenk Tosunun vurduğu qol həftənin ən yaxşısı seçilib.

Beşiktaş 3-0 Barselona (2000-2001)

Beşiktaş” tarixinin ən şərəfli matçlarında biri. “Qara qartal” heyətində Rivaldo, Kluivert, Overmars kimi ulduzlarla nəhəng “Barselona”nın qarşısına çıxıb.

Deportivo 4-0 Milan (2003-2004)

Çempionlar Liqasının ən unudulmaz geridönüşlü matçı. Yarımfinalda “Milan” “Depotivo”nu 4-0 məğlub edib. Hər kəs işin bitdiyini sansa da, revanşda “Depotivo” rəqibinə eyni hesabla qalib gəlib və turu keçib.

Borussiya Dortmund 8 – 4 Legiya (2016 - 2017)

Turnirin ən qollu matçı. Tamaşaçılar tam 12 qolun şahidi olublar.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm