Samir Əliyev: "Müəyyən islahatlar aparacağıq"
Bizi izləyin

İdman

Samir Əliyev: "Müəyyən islahatlar aparacağıq"

"Səbail"in baş məşqçisi Samir Əliyev Topaz Premyer Liqasının XXVI turunda "Zirə"yə evdə 0:1 hesabıyla uduzduqları oyundan sonra mətbuat konfransı keçirib.

"Report"un məlumatına görə, gənc mütəxəssis əvvəlcə oyun haqda düşüncələrini bölüşüb.

- Havanın isti keçməsinə baxmayaraq, hər iki komanda yaxşı oynadı. Maraqlı futbol izlədik. Məğlub olmaq istəmirdik. Həm evdə oynayırdıq, həm də "Zirə" neçə oyundu udmurdu. Futbolda yaratdığın qol vəziyyətlərdən istifadə etmirsənsə, udmaq şansın azdır. Əlimizə düşən imkanlardan yararlanmadıq. Rəqib isə bizim səhvdən sonra qolunu vurdu, üstünlüyünü sonadək qorudu. Futbolçularımdan narazlığım yoxdur. Nələri vardısa, ortaya qoydular. Artıq nəsə tələb etmək olmur.

- Maraqlıdır ki, "Zirə" son qələbəsini məhz "Səbail" üzərində elə bu arenada 1:0 hesabıyla qazanmışdı...

- Nə deyim, bu, futboldur, qismət belə imiş. Oyuna görə uduzmadıq. Qarşıda iki tur var. Həmin matçlara da yaxşı hazırlaşmalıyıq. Mövsümün sonudu, qızğın mübarizə gedir.

- Növbəti mövsümə heyəti müəyyənləşdirimisiniz?

- Kim daha hazırlıqlı və yaxşı formadadırsa, onlara şans verməyə çalışırıq. Növbəti mövsümə hələ çox var. Bundan sonra rəhbərliklə müzakirələr aparıb, ona uyğun qərar verəcəyik. Müəyyən islahatlar aparacağıq. Deyə bilmərəm ki, gedənlər çox və ya az olacaq.

- İcarədə olan futbolçularınız var. Onların taleyi necə olacaq?

- Danışıqlar gedir. İstəyirik ki, bizdə icarədə oynayan futbolçuları saxlayaq.

- "Səbail"in çempionatda heç bir hədəfi qalmayıb. Komandanı oyunlara necə motivasiya edirsiniz?

- Futbolçuların çoxunun klubla müqavilələri bitir. Hər kəs istəyir ki, anlaşmasını uzatsın, yeni müqavilə şərtləri daha yaxşı olsun. Əlbəttə, indi motivasiya pik nöqtədə olmur. Futbolçularda yorğunluq var. Xüsusilə də psixoloji planda. İstəyirlər ki, tez istirahətə getsinlər. Çalışırıq ki, son oyunlarda da yaxşı mübarizə aparsınlar. Fikrimcə, bu baxımdan problem yoxdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm