Portuqaliyanın ən güclüsü məlum oldu - 28-ci dəfə
Bizi izləyin

İdman

Portuqaliyanın ən güclüsü məlum oldu - 28-ci dəfə

Portuqaliyanın “Portu” klubu çempionatın bitməsinə bir tur qalmış çempionluğunu rəsmiləşdirib.

Publika.az xəbər verir ki, klub ölkə çempionatın 33-cü turunda “Sportinq” - “Benfika” matçının heç-heçə (0:0) yekunlaşmasından sonra rəqibləri üçün əlçatmaz olub və çempionluğunu bayram edib.

“Portu”nun aktivində 82 xal var. “Sportinq” və “Benfika” klubları hərəyə 78 xal toplayaraq ikinci və üçüncü yerləri bölüşürlər.

Komandaya çempionluğu gətirən isə mövsümün əvvəlində baş məşqçi təyin olunmuş 43 yaşlı Serxio Konseysaodur.

“Portu” sonuncu dəfə 2013-cü ildə bu sevinci yaşamışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm