Karyerasını bitirəcəyi deyilən baş məşqçi sabiq komandasına qayıdacaq
Bizi izləyin

İdman

Karyerasını bitirəcəyi deyilən baş məşqçi sabiq komandasına qayıdacaq

“Beşiktaş” komandasının baş məşqçisi Şenol Güneş mövsümün sonunda postundan istefa verəcək.

Publika.az xəbər verir ki, baş məşqçinin sabiq komandası “Trabzonspor” ilə razılığa gəlib.

Bu barədə idman şərhçisi Erman Toroğlu bildirib:

“İndi bir xəbər gəldi. Sağlam və yaxın bir mənbədən. Şenol Güneş "Trabzonspor"da deyə bilərəm. Mən belə bir açıqlamanı asanlıqla edə bilmərəm. Söyləmək məcburiyyətindəyəm”.

Qeyd edək ki, Şenol Güneş Türkiyə kubokunun yarımfinal mərhələsində keçirilən "Fənərbaxça" - "Beşiktaş" oyununda fiziki təcavüzə məruz qalmış, tribuandan atılan bərk maddə baş məşqçinin başını partlatmışdı. Həmin oyundan sonra baş məşqçinin "Beşiktaş"dan ayrılacağı və karyerasını bitirəcəyi iddiaları güclənmişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm