Çempionlar Liqasının finalı bu hakimlərə tapşırıldı
Bizi izləyin

İdman

Çempionlar Liqasının finalı bu hakimlərə tapşırıldı

UEFA Çempionlar Liqası finalının hakimlər briqadası məlum olub.

Publika.az xəbər verir ki, “Real” ilə “Liverpul” arasında baş tutacaq qarşılaşma serbiyalı hakimlər briqadasına tapşırılıb.

Oyunun baş hakimi Milorad Maziç olacaq. Ona yan xətdə Milovan Ristiç ve Dalibor Djurdjeviç kömək edəcək. Klement Turpin isə 4-cü hakim olacaq. Nenad Djokiç ve Danilo Grujiş əlavə köməkçi hakimlər olacaq. Ehtiyat hakim postuna isə Nemanja Petroviç təyin edilib.

Qeyd edək ki, final qarşılaşması 26 may tarixində Ukraynanın paytaxtı Kiyevdə baş tutacaq.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm