Roma Papasının taleyi "Liverpul"un əlindədir - Çempionlar Liqasında qalib gəlsə...
Bizi izləyin

İdman

Roma Papasının taleyi "Liverpul"un əlindədir - Çempionlar Liqasında qalib gəlsə...

Norveçli sabiq futbolçu Yan Oqe Fyortoft tvitter hesabında qəribə paylaşım edib.

Publika.az xəbər verir ki, futbolçu bu mövsüm Çempionlar Liqasıının finalına vəsiqə qazanan “Liverpul” ilə Roma papası Françeskonun taleyi arasında bir əlaqə olduğunu iddia edib.

O, “Liverpul”un Çempionlar Liqasında qalib olduğu dövrlərdə baş verən hadisələrlə hazırkı dövrü müqayisə edib. Futbolçunun proqnozlarına görə, “Liverpul” çempion olarsa, Papa Françesko haqqın rəhmətinə qovuşacaq.

Yan Oqe 1981-ci ildə İngiltərə şahzadəsi Çarlz ilə ledi Diananın evləndiyini xatırladıb. Eyni ildə İngiltərə Premyer Liqası komandalarından olan “Liverpul” İspaniya nəhəngi “Real”ı 1:0 hesabı ilə məğlub edib və Çempion Klublar Kubokunun sahibi olub. 13 may tarixində isə Məhəmməd Əli Ağca Papa II İohan Paulu vurub və papa ölümlə burun-buruna gəlib.

2005-ci ildə şahzadə Çarlz bu dəfə Kamilla Parker Bovlsla evlənib. Eyni ildə “Milan” və “Liverpul” İstanbulda keçirilən final qarşılaşmasında görüşüb. Görüşdən qalib ayrılan “Liverpul” olub və kuboku muzeyinə aparıb. Papa II İohan Paul isə həmin ildə 84 yaşında vəfat edib.

Bu il, yəni 2018-ci ildə şahzadə Harri ilə Meqan Markl 19 may tarixində evlənəcək. “Liverpul” isə “Roma”nı turnirdən uzaqlaşdıraraq finalda “Real”ın rəqibi oldu. Komandalar 26 may tarixində qarşılaşacaq. Papa Françeskonun başına bədbəxt bir hadisə gəlib-gəlməyəcəyi isə hələ ki, müəmma olaraq qalır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm