Əfsanəvi adamın proqnozu həmvətənlərini əsəbiləşdirdi
Bizi izləyin

İdman

Əfsanəvi adamın proqnozu həmvətənlərini əsəbiləşdirdi

Əfsanəvi adamın proqnozu həmvətənlərini əsəbiləşdirdi

Əfsanəvi futbolçu Rivaldo Braziliyada keçiriləcək dünya çempionatındakı favorit komandalarının adlarını açıqlayıb.

Veteran futbolçu dünya çempionatında İspaniya və Argentinanın favorit olduğunu söyləyib. Mətbuata danışan Rivaldo turnirdə güclü komandaların iştirak etdiyini bildirib:

“Bildiyiniz kimi çempionatdaa daha əvvəl kubok qazanmış 8 komanda mübarizə aparacaq. Onların hamısı hörmət olunacaq komandalardır. Ancaq mənə görə, turnirdə İspaniya və Argentina ən güclü komandalardır”.

Turnirin favoritinin Braziliya olmadığını vurğulayan 42 yaşlı veteran futbolçu Portuqaliyanın isə ümidləri doğrultmayacağını bildirib.
Braziliya ilə Xorvatiya arasında oynanılacaq matç haqqında da danışan Rivaldo ölkəsinin turnirə ev sahibliyi etməsi səbəbiylə milli komanda oyunçularının təzyiq altında olacağını söyləyib: "Məncə Braziliya əlindən gələni edəcək və ilk matç çətin keçəcək. Yenə də yaxşı bir matç oynayıb Xorvatiyanın məğlub edəcəyik”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm