İdman
"Dembele tərbiyəsiz futbolçudur" - Komanda yoldaşı
Dortmund “Borussiya”sının qapıçısı Roman Vaydenfeller
sabiq komanda yoldaşı Usman Dembeleni tənqid edib.
Publika.az xəbər verir ki, gənc yarımmüdafiəçinin “Barselona”ya
qalmaqallı keçidini şərh edən qolkiper onu xəyanətkar
adlandırıb:
“Belə getmək olmaz. Usman komandada xoş olmayan atmosfer yaratdı
və heç kim onu sakitləşdirə bilmədi. Futbol tennis deyil. Bu,
komanda idman növüdür. Dembele heç öz butslarını da özü ilə
götürmədi. Bu, xəyanətdir. Belə bir şeyin olacağını
gözləmirdim”.
Vaydenfeller Dembelenin tərbiyəsiz hərəkət etdiyini bildirib:
“Dembele məhz “Borussiya”da “Barselona”nın istədiyi futbolçu
oldu. O, buna görə minnətdarlığını bildirmək əvəzinə komanda
yoldaşlarını atıb getdi. Belə etmirlər. Dembele tərbiyəsiz
futbolçudur. Başa düşürəm, böyük komandaya keçid çox vaxt belə
olur. Amma hər kəsə uyğun bir həll yolu tapmaq lazım idi”.
Qeyd edək ki, Dembele mövsümün əvvəlində “Barselona”ya transfer
olub.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...