Daha bir əfsanənin sonu - Buffon gedir
Bizi izləyin

İdman

Daha bir əfsanənin sonu - Buffon gedir

"Yuventus"un əməkdar qapıçısı Canluici Buffon bu gün mətbuat konfransı keçirib.

Publika.az xəbər verir ki, təcrübəli qolkiper mövsümün sonunda komandadan ayrılacağını bildirib.

Turin klubunun kapitanı bildirib ki, həftəsonu "Verona" ilə matç onun "Yuventus" forması ilə sonuncu oyunu olacaq:

"Şənbə günü "Yuventus"la son oyunuma çıxacam. Gözəl bir macəranı başa çatdırmağın ən yaxşı məqamıdır. Həm meydanda, həm də meydandan kənarda bir neçə maraqlı təklif almışam. Gələn həftə, hər kəs sakitləşəndən sonra mənim üçün ən yaxşısının hansı olduğuna qərar verəcəm. İndidən gələcəkdə harada olacağımı təxmin etməyin heç bir mənası yoxdur".

Qeyd edək ki, Buffon 2001-ci ildən "Yuventus"un şərəfini qoruyur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm