İdman
"Qarabağ" Çempionlar Liqasına necə və nə zaman qatılacaq? - Klublar bəlli oldu
2018/19 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində birbaşa iştirak hüququ qazanan 26 komandanın hamısı bəlli olub.
Publika.az xəbər verir ki, son vəsiqəni dünən “Latsio”nu 3:2 hesabı ilə məğlub edərək A seriyasında 4-cü yeri təmin edən “İnter” qazanıb. Milan təmsilçisi 2011/12 mövsümündən sonra ilk dəfədir qitənin ən ali klub yarışında oynayacaq.
2018/18 mövsümündə ÇL-in qrupunda birbaşa oynayacaq komandalar bunlardır:
İspaniya: "Barselona"*, "Atletiko", "Real", "Valensiya"
Almaniya: "Bavariya"*, "Şalke", "Hoffenheym", "Borussiya" (Dortmund)
İngiltərə: "Mançester Siti"*, "Mançester Yunayted", "Tottenhem", "Liverpul"
İtaliya: "Yuventus"*, "Napoli", "Roma", "İnter"
Fransa: "Paris Sen-Jermen"*, "Monako", "Lion"
Rusiya: "Lokomotiv"*, ÇSKA
Portuqaliya: "Portu"
Ukrayna: "Şaxtyor"
Belçika: "Klub Brügge"
Turkiyə: "Qalatasaray"
Çexiya: "Viktoriya"
Adlarının qarşısında ulduz qeyd olunan komandalar birinci səbətdə yer alacaqlar.
Qrupun digər 6 iştirakçısı təsnifat mərhələlərinin oyunlarından sonra müəyyənləşəcək. Həmin mərhələnin iştirakçıları arasında Azərbaycan çempionu “Qarabağ” da var. ÇL-in yeni formatına əsasən, Ağdam klubu bu dəfə mübarizəyə ikinci deyil, birinci təsnifat mərhələsindən başlayacaq. Bu mərhələnin ilk oyunları 10-11 iyul, cavab matçları 17-18 iyulda keçiriləcək.
Qrup oyunlarına isə 18/19 sentyabrda start veriləcək.
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ