İdman
"Mançester"li Fellaini Bakıya gələcək? - ÖZƏL AÇIQLAMA
İtaliyanın “Milan” klubu “Mançester Yunayted”in ulduzu Maruan Fellaini ilə maraqlanır.
Publika.az xəbər verir ki, bu barədə klubun idman direktoru Massimiliano Mirabelli məlumat verib.
O, açıqlamasında bildirib ki, Fellaini hazırkı komandası ilə müqaviləni yeniləməyəcək. “Milan” da bundan istifadə edərək hərəkətə keçib.
İtaliya və İngiltərə mətbuatında yer alan xəbərə görə “Milan” Fellainiyə illik 6 milyon avro qarşılığında 3 illik müqavilə təklif edib.
Qeyd edək ki, Fellaini ilə hələ mövsümün əvvəlindən Türkiyənin “Beşiktaş” klubu maraqlanırdı. Kluba yaxın mənbələrdən Publika.az-a verilən məlumata görə, “Beşiktaş” Fellainiyə illik 4-4,5 milyon avro təklif edib.
Xatırladaq ki, “Beşiktaş” klubu sentyabr ayında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar “Qarabağ” klubu ilə yoldaşlıq oyunu keçirəcək. görüşün Bakıda təşkil ediləcəyi planlaşdırılır.
Zümrüd
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!