• USD 1,7000 0,00% EUR 2,0567 0,00%
    • GBP 2,3990 0,00% RUB 0,0236 0,00%

Qara Qarayev: "Bizə qarşı aqressiya var"

  • İdman
  • 22 May 2018 13:00
  • 574 Baxış
Qara Qarayev: "Bizə qarşı aqressiya var"

"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev Topaz Premyer Liqanın sonuncu turunda "Qəbələ" ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Publika.az-ın məlumatına görə, o, çempionluq barədə danışıb.

- Ardıcıl 5-ci çempionluğu qazandınız. Hansı hissləri keçirirsiniz?

- Sevincliyik. Çünki hər bir titul bizim üçün önəmlidi. Qazandığımız nailiyyət bizim üçün gələcək karyeramıza görə çox vacibdir. Düşünürəm ki, bu, 2017/2018 mövsümünün çempionluğu deyil. Bu, 5 ildir daşıdığımız ağır yükün, məsuliyyətin çempionluğudur. Bu müddətdə həmin yükü qoruyub saxlaya bilmişik. Komandamızın bütün üzvlərini - futbolçularla yanaşı, məşqçilərimizi də təbrik edirəm. Uzun marafonda həqiqətən çox şey itirmişik - istər şəxsi həyatda, istərsə də zədə baxımından. Bütün bunlara baxmayaraq, istədiyimiz, lazımi nəticəyə gəlmişik. Nəhayət, bu nəticəni qazandıq. Danışılacaq çox şey var. Ancaq istəyirəm ki, bu gün danışmayım. İşimiz davam edir.

- Çempionluq nəyi dəyişir?

- Fərq etmir çempion olduq, ya yox. Sevindik, bitdi, işlərimiz başlayır. Yenidən milli komandaya, Azərbaycan futboluna xeyir verməliyik, çalışmalıyıq. Bütün hər kəsi - "Qarabağ"sevərləri, xüsusilə avrokuboklarda bizi təbrik edənləri, "Qarabağ"ı sevməyənləri də təbrik edirəm. "Azərsun Arena" tribunalarında boş yerləri görmək bizim üçün həqiqətən ağrılıdır. Qarşıdan böyük turnir gəlir və yəqin ki, tribunaları doldurarlar. Diqqəti bizdə olanlara - AFFA-dakılara, mətbuata xüsusi təşəkkür edirəm. Mövsüm başlayandan ağır, gərgin qrafikdə işlədilər. Futbolda yaxşı və ya pis cəhətləri ədalətli şəkildə işıqlandırdınız. Buna görə jurnalistlərə xüsusi təşəkkürümü bildirirəm.

- Sizə elə gəlmir ki, builki çempionluq əvvəlkilərlə müqayisədə daha rahat oldu?

- Sona 4 tur qalmış çempionluğu rəsmiləşdirdik. Bunu dana bilmərik. Mövsümün bitməsinədək qızıl medalları təmin edə bildik və bu reallıqdan qaça bilmərik. Lakin komandalarda xüsusilə, bizə qarşı diqqət, aqressiya var idi. Sanki biz başqa turnir idik, Azərbaycan Premyer Liqası başqa. Heç kim bizə yenilmək istəmirdi. Bizimlə matçlar çətin oldu. Ancaq düşünürəm ki, budəfəki çempionluq əvvəlkilərdən bir az asan oldu.

- Çempionlar Liqasında qrupa düşmək çətinləşib, reqlament dəyişib, çox güclü rəqiblər olacaq. Komanda bu sınaqdan çıxmağa hazırdımı, yoxsa heyətiniz güclənməlidir?

- Baş məşqçimizin də dediyi kimi, hər mərhələdə irəli getmək istəyiriksə, mütləq yeni, keyfiyyətli futbolçular lazımdır. Bir yox, bir neçə mövqeyə. Düşünürəm ki, bu il komandamızdan gedənlərin sayı çox olacaq. Müqaviləsi bitənlər də var, klubunu dəyişib xaricdə oynamaq istəyənlər də. Yəqin ki, klubumuzun rəhbəri, baş məşqçisi bu haqda düşünür. Yaxşı nailiyyətlər əldə etmək üçün mütləq yaxşı transferlər etmək lazımdır.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR