Mübariz Mənsimovun vəzifəsi donduruldu
Bizi izləyin

İdman

Mübariz Mənsimovun vəzifəsi donduruldu

Mübariz Mənsimovun vəzifəsi donduruldu

“Xəzər Lənkəran"ın fəxri prezidenti, Türkiyədə yaşayan iş adamı Mübariz Mənsimovun "Beşiktaş"ın İdarə Heyətindən çıxarıldığı barədə məlumat vermişdik.

Ancaq sonradan bu məlumat klub tərəfindən təkzib olundu. Publika.az xəbər verir ki, Türkiyənin “Sabah” qəzeti məsələ ilə bağlı yeni məlumat yayıb.

Məlumatda bildirilir ki, Mənsimovun İdarə Heyətindəki üzvlüyü dondurulub.

Buna səbəb kimi, iş adamının “Beşiktaş”ın idarə heyətinin üzvü olduğu halda, “Kasımpaşa” klubunun idarə heyətinə keçməsi və “qara-qartal”larla bağlı səsləndirdiyi mənfi fikirlər göstərilir.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm