• USD 1,7000 0,00% EUR 2,0271 +0,03%
    • GBP 2,3731 +0,21% RUB 0,0234 +0,43%

"Səbail" 5 futbolçusu ilə yollarını ayırdı

"Səbail" 5 futbolçusu ilə yollarını ayırdı

"Səbail" klubu müqaviləsi başa çatan futbolçularından 5-i ilə yollarını rəsmən ayırıb.

Bu barədə "Report"a komandanın yeni baş məşqçisi Aftandil Hacıyev məlumat verib.

Onun sözlərinə görə, türkmənistanlı yarımmüdafiəçi Elman Taqayev və onun hücumçu həmyerlisi Vaxıt Orazsaxedov, gürcüstanlı müdafiəçi Nikoloz Apakidze, hollandiyalı arxa xətt oyunçusu Ayron Stati və yerli orta sahə oyunçusu Murad Ağayevlə sözləşmə müddəti uzadılmayıb: "Hələlik, bu futbolçularla yollarımızı ayırmışıq. Digər futbolçularla isə danışıqlar aparırıq. Bundan sonra da komandadan ayrılacaq və heyətə yeni cəlb olunacaq futbolçular barədə əlavə açıqlamalar veriləcək".

Qeyd edək ki, Aftandil Hacıyev "Səbail"ə bu gün baş məşqçi təyin olunub.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR