Zidanın istefasının əsl səbəbləri açıqlandı
Bizi izləyin

İdman

Zidanın istefasının əsl səbəbləri açıqlandı

Baş məşqçi Zinəddin Zidanın “Real”dan sensasiyalı istefa verməsinin əsl səbəbləri ortaya çıxıb.

Publika.az xəbər verir ki, İspaniyanın AS nəşri baş məşqçinin klubun prezidenti Florentino Peresə görə istefa verdiyini yazıb.

Nəşrin iddialarına görə, Zidanla prezident arasında anlaşmazlıqlar pik həddə çatıb. Belə ki, Peresin Zidanın komandada istəmədiyi Arrisabalaqa, Robert Levandovski və Neymar kimi futbolçuların transferinə cəhd göstərməsi təcrübəli baş məşqçini özündən çıxarıb.

Zidanın qərarına təsir edən digər amillər isə klubun ulduzu Kriştiano Ronaldo və Qaret Beylin komandadakı gələcək taleyinin sual altında olması, La Liqadakı uğursuz nəticədən sonra klubun komandadan üz döndərməsi olub.

Qeyd edək ki, Zidan dünən keçirilən mətbuat konfransında istefa verdiyini açıqlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm