"Qarabağ" Super Liqadan futbolçu alır - Türkiyə mətbuatı
Bizi izləyin

İdman

"Qarabağ" Super Liqadan futbolçu alır - Türkiyə mətbuatı

21 yaşadək futbolçulardan ibarət millimizin türk əsilli futbolçusu Ozan Can Kökcü Premyer Liqaya transfer ola bilər.

Publika.az xəbər verir ki, Türkiyə mətbuatı “Qarabağ”ın müqaviləsi “Bursaspor”a məxsus olan futbolçu ilə maraqlandığını yazıb.

Lakin Super Liqa təmsilçisinin yeni baş məşqçisi Səməd Aybaba da yarımmüdafiəçinin xidmətindən istifadə etmək istəyir. Bundan başqa, millimizin üzvü ilə Niderlandın “Feyenoord” da maraqlanır.

Qeyd edək ki, Kökcü ötən mövsümün ikinci yarısını icarə əsasında Hollandiyanın birinci liqa təmsilçisi “Valveyk”də keçirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm