İdman
Almaniyadan gözlənilməz məğlubiyyət
Rusiyada keçiriləcək Futbol üzrə Dünya Çempionatına hazırlıq məqsədilə bir sıra yoldaşlıq görüşləri keçirilib.
Publika.az xəbər verir ki, Almaniya millisi Avstriya yığmasının qonağı olub. Qarşılaşma Avstriya millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmanın 11-ci dəqiqəsində Məsud Özil hesabı açıb – 0:1. İlk hissə Almaniya yığmasının qələbəsi ilə başa çatıb.
Fasilədən sonra irəli atılan Avstriya yığması qarşılaşmanın 53-cü dəqiqəsində Martin Hintereggerin qolu ilə hesabı bərabərləşdirib - 1:1. Qarşılaşmanın 69-cu dəqiqəsində isə Alessandro Schoepf Avstriya millisinin qələbə topunu vurub.
Digər maraqlı qarşılaşma "Vembli" stadionunda keçirilib. İngiltərə millisi Nigeriya komandasını qəbul edib. Görüş İngiltərənin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmanın 7-ci dəqiqəsində İngiltərə millisinin heyətində Qərri Keyhil hesabı açıb. Oyunun 39-cu dəqiqəsində isə meydan sahiblərinin hücumçusu Heri Keyn ikinci topu qonaqların qapısından keçirib.
İkinci hissənin 47-ci dəqiqəsində Aleks İvobi qonaq komandanın qarşılaşmadakı yeganə qolunu vurub.
Belçika Portuqaliya görüşü qolsuz heç-heçə ilə başa çatıb.
-
Hadisə23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin122:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin120:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var
-
Yaxın Şərq17:47
İsrail qərar verdi: İranın hücumuna belə cavab verəcəklər