"Sumqayıt" müdafiəçisini buraxmadı - Əvəzinə yarımmüdafiəçi getdi
Bizi izləyin

İdman

"Sumqayıt" müdafiəçisini buraxmadı - Əvəzinə yarımmüdafiəçi getdi

"Sumqayıt" klubu daha bir futbolçusu ilə müqaviləsini təzələyib.

Publika.az xəbər verir ki, "Gənclər şəhəri" klubu müdafiəçisi Rail Məlikov ilə müqavilə müddətini bir il uzadıb.

32 yaşlı futbolçu 2016-cı ildən bəri “Sumqayıt”ın şərəfini qoruyur.

Bununla yanaşı, “Sumqayıt” qapıçısı Mehdi Cənnətovla da yeni müqaviləyə imza atacaq.

Yarımmüdafiəçi Kamal Mirzəyevlə başa çatan müqavilənin müddəti isə uzadılmayacaq.

Qeyd edək ki, “Sumqayıt” yay fasiləsində müdafiəçilər Vurğun Hüseynovla Bəxtiyar Həsənalızadənin, eləcə də yarımmüdafiəçi Cavid Tağıyevin müqaviləsinin müddətini uzadıb. Əvəzində hücumçu Amil Yunanov və Azər Salahlı klubu tərk edib, Fərhad Vəliyev isə karyerasını başa vurub.

Qeyd edək ki, "Sumqayıt" legioner oyunçu qəbul etməyən yeganə Azərbaycan komandasıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm