UEFA "Mançester Siti"nin baş məşqçisini iki oyunluq cəzalandırıb
Bizi izləyin

İdman

UEFA "Mançester Siti"nin baş məşqçisini iki oyunluq cəzalandırıb

UEFA İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Xosep Qvardiolanı iki oyunluq diskvalifikasiya edib.

Publika.az qurum saytına istinadən xəbər verir ki, İngiltərə təmsilçisinin baş məşqçisi Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda evdə "Liverpul"la matçda hakimə qəti şəkildə etiraz etdiyi üçün cəzalandırılıb.

X.Qvardiola sözügedən qarşılaşmada meydandan qovulub. İspan mütəxəssisin cəzasının biri şərti xarekter daşıyacaq. Bu hal növbəti mövsümdə təkrarlanacağı təqdirdə, onun cəzası qüvvəyə minəcək.

Qeyd edək ki, "Mançester Siti" - "Liverpul" matçı qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm