
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti yoldaşlıq görüşünü keçirib.
Publika.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçi olduğu kollektiv macarıstanlı həmyaşıdları ilə üz-üzə gəlib.
"Dalğa Arena"da təşkil olunan qarşılaşma 3:3 hesabı ilə başa çatıb.
8 iyun
Yoldaşlıq görüşü
19:00. Azərbaycan - Macarıstan 3:3
Qollar: Ehtiram Şahverdiyev, 49 - penalti ilə. Renat Dadaşov, 67. Anton Krivotsyuk, 71 - Qabor Makray, 29. Atilla Haris, 37. Matias Tayti, 52
Hakimlər: İnqilab Məmmədov, Knyaz Əmiraslanov, Cəmil Quliyev, Orxan Məmmədov