Əfran İsmayılov yeni kluba transfer oldu
Bizi izləyin

İdman

Əfran İsmayılov yeni kluba transfer oldu

"Sumqayıt” klubu yay fasiləsində ilk transferini gerçəkləşdirib.

Publika.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Qarabağ”dan ayrılan Əfran İsmayılovla 1 illik müqavilə bağlanılıb. 30 yaşlı yarımmüdafiəçi yeni komandasında da 22 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Əfran İsmayılov "Qarabağ”dan (163 oyun, 22 qol) başqa "Turan” (10 oyun, 2 qol), "Bakı” (17 oyun, 8 qol), "Xəzər Lənkəran” (11 oyun, 1 qol) və "İnter”in (10 oyun, 3 qol) formasını geyinib. 2010-cu ildə milli komandada debüt oyununu keçirən futbolçu 38 qarşılaşmada 5 qola imza atıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm